Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
![](https://adalet.az/uploads/img/posts/2024/04/23/67jpeg-1713874596.jpeg)
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Bakcell” mobil rabitə şirkəti arasında əldə edilmiş razılığa əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkün ailələrin gündəlik problemlərinin həllinin rahatlaşdırılması məqsədi ilə birgə layihənin həyata keçirilməsinə başlanmışdır. “Bakcell” mobil rabitə şirkəti 22-23 aprel tarixlərində Füzuli şəhərinə köçürülən ailələrə ödənişsiz danışıq üçün sim-kart hədiyyə edib.
Dövlət Komitəsi bildirir ki, ilkin mərhələdə 78 ailə ödənişsiz danışıq imkanından istifadə edəcək. Hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunub. Həmin sim-kartlardan istifadə edən keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışa biləcəklər. Sonradan bu sim-kartların sayının keçmiş məcburi köçkünlərin istəyi ilə artırılması da planlaşdırılıb.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə daha əvvəl köçürülmüş vətəndaşlara da “Bakcell”in ödənişsiz danışıq üçün sim-kartlarının paylanması nəzərdə tutulur.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/10png-1720077439.png)
“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/26jpg-1719986819.jpg)
İsmayıllıda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/6jpg-1719929709.jpg)
Nazirlik: Azərbaycan mobil internetə qoşulmada irəliləyib
![](https://adalet.az/uploads/img/posts/2024/06/28/1jpg-1719589155.jpg)
"Bakcell" Şuşada yeni mağazasını təqdim etdi! - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2024/06/21/35jpg-1718973588.jpg)
“Lalafo.az” və “Tap.az”la bağlı XƏBƏRDARLIQ - istifadəçilərə qarşı...
![](https://adalet.az/uploads/img/posts/2024/06/10/1png-1718026317.png)
“Bakcell"in dəstəyi ilə "Google AI Hackathon" baş tutub - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2024/06/10/22jpg-1718000278.jpg)
Şifrəsiz "Wi-Fi"lara qoşulanlara XƏBƏRDARLIQ - Bank kartınızın... - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/06/05/34jpg-1717591015.jpg)