15 Iyul 2024 18:03
121
İDMAN

Avropa çempionu "Atletiko"ya keçə bilər

İspaniyanın “Atletiko” (Madrid) komandası heyətinə yeni futbolçu cəlb edəcək.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Real Sosyedad”ın müdafiəçisi Robin Le Normandı transfer edəcək. Keçidin bu həftə ərzində açıqlanacağı bildirilib.

İspaniya millisinin də şərəfini qoruyan oyunçu ötən mövsüm “Real Sosyedad”ın heyətində 43 matçda 2 qolla yadda qalıb.