15 Iyul 2024 01:00
151
İDMAN

AVRO-2024: İspaniya Avropa çempionu oldu -YENİLƏNİB

Bu gün Avro-2024-ün qalibi müəyyənləşib.

Adalet.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gəlib.Görüşdə hesabı İspaniya açsa da, İngiltərə daha sonra hesabı bərabərləşdirib. İspaniya 87-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə,  Luis de la Fuentenin baş məşqçisi olduğu komanda tarixində 4-cü dəfə Avropa çempionu olub.