Argentina Amerika Kubokunun qalibi oldu
![](https://adalet.az/uploads/img/posts/2024/07/15/5jpg-1721021444.jpg)
Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.
Adalet.az xəbər verir ki, final oyununda Kolumbiya yığmasını 1:0 hesabı ilə məğlub edən Argentina millisi ardıcıl ikinci dəfə turnirdə çempion olub.
Matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. "Tanqoçular"ın qələbə qoluna 112-ci dəqiqədə Lautaro Martines imza atıb.
Qeyd edək ki, UEFA və CONMEBOL arasındakı razılığa əsasən, Avropa çempionatı və Amerika Kubokunun qalibləri (müvafiq olaraq İspaniya və Argentina) Finalissimoda üz-üzə gələcəklər. Qarşılaşma 2025-ci ildə keçiriləcək.