15 Iyul 2024 18:40
115
İQTİSADİYYAT

Azərbaycan İsraillə iqtisadi əlaqələrini gücləndirir

Azərbaycan İsraillə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə edib.

Adalet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşdə xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.