15 Iyul 2024 09:53
144
İQTİSADİYYAT

Ətin qiymətindəki artımın səbəbi nədir? - VİDEO

Ətin qiymətində artım müşahidə olunur.

Adalet.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ətin qiyməti bahalaşıb.

Alıcılar da ətin qiymətinin artdığını deyirlər.

Satıcılar isə qiymət artımının səbəbini keçən qurban bayramı və fəsillə əlaqələndirirlər.

Ekspertlər hesab edirlər ki, ətin qiymətinin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulan yem və dərman məhsullarının bahalaşmasıdır. Amma yay fəslindən sonra qiymətlərdə ucuzlaşma ola bilər.