15 Iyul 2024 18:15
118
DÜNYA

Türkiyədə meşə yanğını zamanı üç nəfər ölüb 

Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda baş verən meşə yanğını zamanı üç nəfər həlak olub.

Adalet.az  “TRT Haber”ə istinadən xəbər verir ki, meşə yanğınları ilə əlaqədar 2 təyyarə, 4 helikopter, 16 su maşını, 3 su təchizatı maşını bölgəyə göndərilib.

Yanğın bölgəsində itkin düşdüyü bildirilən 3 nəfərin cəsədi tapılıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.