15 Iyul 2024 14:07
158
DÜNYA

TRAMPIN QULAĞINI BURMAQ İSTƏDİLƏR 

ABŞ-da seçki yaxınlaşdıqca vəziyyət daha da gərginləşir. Trampa sui-qəsd elədilər. Güllə qulağını  sıyırıb keçdi. Görünür, öldürmək istəmədilər, 150-200 metrdən nəinki snayper adi adam da  cüssəsi iki  adam boyda olan Trampı alnından  vura bilərdi. 

Ekspertlər, politoloqlar  neçə gündür hərəsi bunu bir cür izah edir. Mənə görə isə  Trampı  öldürmək yox, sadəcə  qulağını  burmaq istədilər ki,  özünü  yaxşı apar. 

Kennediyə sui-qəsd təşkil edəni həbsxanada öldürdülər, Trampa  qulaqburması verəni də  elə yerindəcə zərərsizləşdirdilər ki, məsələnin üstü açılmasın.