15 Iyul 2024 13:06
158
DÜNYA

Estoniyanın baş naziri istefa verdi

Estoniyanın baş naziri Kaya Kallas və başçılıq etdiyi kabinet tam heyyətlə istefa verib.

 "Bu gün səhər tezdən, hökumət növbədənkənar iclasa toplaşıb və baş nazir Kaya Kallasın istefa ərizəsin qəbul edib. Daha sonra baş nazir iclasın qərarın prezidentə təqdim edib"- deyə məlumatda bildirilir.

 Qeyd olunur ki, Kallas və hökumət üzvləri, yeni kabinet təşkil olunanacan öz vəzifələruni icra edəcəklər.

 Kaya Kallas, iyunun 28-də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti komitəsinin ali nümayəndəsi təyin olunduğuna görə, Estoniyanın baş naziri postundan istefa verib.

 Rüstəm Hacıyev