15 Iyul 2024 14:10
175
DÜNYA

ERMƏNİLƏR HƏZRƏT ƏLİ QILINCINI, DEYƏSƏN, UNUDUBLAR

Son zamanlar ABŞ və Fransa dillərində sülh deyə-deyə əslində erməniləri revanşa  hazırlayırlar, İrəvanı  su yoluna  döndəriblər. Bir missioner gedir,  o biri missioner gəlir, sonra o biri gedir, bu birisi gəlir. Pul yardımları, silah-sursat yardımları, başgicəlləndirici təkliflər…

Başı olmayan  ermənilər də   küyə düşüblər. 

Və, deyəsən, ermənilər  başlarını  itirdiklərindən Cənab Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin əlindəki  Həzrət Əli qılıncını unudublar.

Dənizdə tufan qopur, Molla Nəsrəddin də gəmidəymiş. Matroslar tufanla mübarizə aparmaq üçün dor ağaclarına dırmaşırlar. Molla gülüb deyir:

- Ə, qaqa, ora niyə dırmaşırsınız? Gəmi aşağıdan yırğalanır ey. 

İndi Ermənistanın baş naziri  dibindən laxlayan ölkəni xilas etmək əvəzinə Eyfel qülləsinə və Azadlıq heykəlinə dırmaşır.