15 Iyul 2024 17:45
137
GÜNDƏM

Avtobus zolağına girən avtomobillər...  

Bakı şəhərində son vaxtlar sərnişin daşıyan avtobusların rahat hərəkət etməsi üçün  avtobus zolaqlar ayrılıb.

Təbii ki, bu yolla , ancaq avtobus lar hərəkət etmək hüququna malikdir, amma bəzən bunun əksinə olur, yeni o zolaqla digər avtomobilllər də  hərəkət edir. Bu isə birmənalı olaraq qanun pozuntusu deməkdir. Belə hallarda avtobus sürücüləri çıxılmaz vəziyyətdə qalır, onlar digər  nəqliyyat vasitələrinin yoluna çıxaraq  hərəkət edirlər.

Mövcud vəziyyətlə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, digər nəqliyyat vasitələrinin avtobus zolaqların daxil olub, hərəkət etməsi qanun pozuntusudur.  Belə qanun pozuntusuna görə, sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilirlər. Eyni zamanda həmin avtobuslarında  digər avtomobillərin yoluna çıxması inzibati məsuliyyət yaradır. Qanun niyə tələb edirsə, sürücülər də ona əməl etməyə borcludurlar! Əks- təqdirdə onları müxtəlif məbləğlərdə cərimələr  gözləyir!  

 Avtobus sürücülər isə digər avtomobillərin yoluna çıxmaların zolaqların zəbt edilməsi ilə izah edirlər. Onlar deyirlər ki,  biz görürük , zolaqlar tutulub, məcbur olub başqa zolağa çıxıb hərəkət edirik!  Ona görə də hər bir sürücü zəhmət çəkib ona aid olan zolaqla avtomobili idarə etməlidir! Belə olsa, qanun  pozuntusu da  baş verməz!

Emil Faiqoğlu