15 Iyul 2024 16:16
141
GÜNDƏM

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı - QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət iyulun 1-dək idi.