15 Iyul 2024 14:09
164
İDMAN

İSPANLAR İNGİLİSLƏRDƏN ÜZÜM İNTİQAMINI  ALDILAR 

II Dünya müharibəsi ərəfəsində ingilislər ispanlara  babat atmışdılar. Müqavilə bağlamışdılar ki, nə qədər  üzüm istehsal etsəniz biz alacağıq. İspanlar da bütün İspaniyanı üzüm bağına  çevirmişdilər, yəni  aqrar ölkə olmuşdu. 

Müharibə qurtarandan sonra ingilislər day ispanlardan  üzüm almadılar. Ara qarışdı, məlum  oldu ki, müqavilədə ingilislər  ispanlara  atıb. İngilislər müqaviləni o qədər ağıllı hazırlayıblar ki, orda bir şərt  ingilislərin  gözündən  qaçıb. Həmin şərtə görə, ingilislər yalnız  müharibə dövrü ispanlardan  üzüm almalıymış. Müharibə bitdi, salam-əleyküm də bitdi, üzüm alveri də. İspanlar hələ də bunun altını  çəkirlər. Bütün Avropa ölkələri sənaye  baxımından  güclü  inkişaf eləsə də, İspaniya geri qaldı. 

Və Avropa çempionatında bu intiqamı ingilislərdən aldılar. Amma çox maraqlı oyun idi. Hər iki tərəf  gözəl oyun nümayiş etdirdi. Və ingilislərin  özündən müştəbehliyi  onların məğlub  olmasına gətirib çıxartdı. İngilislərin  acığına kuboku da İspaniyanın  kralı təqdim elədi.