İnsult riskini artıran məhsulların adı açıqlanıb

Amerika Birləşmiş Ştatlarından olan elm adamları, ultra emal olunmuş qidaların istehlakının insult və koqnitiv pozğunluq riskinin artması ilə əlaqəli olduğunu bildiriblər.
Adalet.az xəbər verir ki, araşdırma "Neurology" jurnalında dərc olunub.
Ultra emal olunmuş qidalar bir çox ölkədə kalorilərin əsas hissəsini təşkil edir. Bunlar süni əlavələr, stabilizatorlar, dad artırıcılar və ev yeməklərində istifadə olunmayan digər maddələrin əlavə edilməsi ilə hazırlanmış məhsullardır. (Nümunələr: soda, fast food, hazır yeməklər, kolbasa, qəlyanaltılar).
Bu cür qidalar piylənmə, hipertoniya və ürək xəstəliyi ilə əlaqələndirilib.
Digər Xəbərlər

Nazir Kennedi tibb jurnallarına "savaş" açır: "Korrupsionerlər!"

"Böyük Qayıdış"da sağlam addımlar: Səhiyyə Nazirliyinin mobil Klinikaları Suqovuşanda - FOTOLAR

TƏBİB imtiyazlı xəstələri niyə aldadır?!
