30 May 2025 13:12
174
SAĞLAMLIQ

 TƏBİB  imtiyazlı xəstələri niyə aldadır?!

Elə xəstələr var  ki, onlara dövlət tərəfindən dərmanlar pulsuz verilir. Bax dövlətin öz vətəndaşına göstərdiyi ən böyük xidmətdir və buna görə də həmin insanlar bu qayğıya görə dövlətə  öz minnətdarlıqlarını bildirirlər.

Amma TƏBİB və  imtiyazlı xəstələrə  xidmət göstərən apteklər bu vəzifəni məsuliyyətlə yerinə yetirə bilmir, dərmanları  vaxtında xəstə insanlara çatdırmırlar. Elə dərmanlar  var ki, xəstələr  onu üç - dörd aydır ki, ala bilmirlər.Dərmanların apteklərə gəlməsini deyən əzcaçılar bütün günahı TƏBİB- in üstünə atır.

Məsələn, Maştağada imtiyazlı xəstələr üçün fəaliyyət göstərən aptekdən bildirirlər ki, biz dərmanları vaxtında ala bilmirik. Ona görə də , xəstələr yazılan dərmanları  tapıb onlara verməkdə çətinlik çəkirik!Bax aptekin bu mövqeyindən baş açmaq olmur və  iki aydır ki, bizim xəstəmiz üçün yazılmış bu dərmanları-" Escita" , " Tizersin"  " Aminazin"  ala bilmirik. Neçə olur ki, pullu apteklərdə bu dərmanlar var, amma imtiyazlı apteklərdə   yoxdur?! Görünür, burda imtiyazlı  apteklərin və TƏBİB- in öz maraqları var.

Əgər bu dərmanlardan digər apteklərdə varsa, bəs onda bu aptekdə niyə olmasın?! Əgər deyilənlərə  inansaq  və camaata verilməyən dərmanları  nəzərə alsaq elə burda qazanan , imtiyazlı xəstələrin  haqqına girən apteklərdir.Üç ay, dörd ay dərman ala bilməyən xəstələr məcbur olub, digər pullu apteklərdən həmin dərmanları alırlar. Elə bizim özümüz son bir neçə ayda tapılmayan dərmanları almaq üçün 120 manat pul xərcləmişik! Məgər bu, az puldur?! Görünən odur ki, TƏBİB , nə də apteklər maraqları olduğu üçün imtiyazlı xəstələrin problemini həll etmək istəmir və günahı bir- birinin  üstünə atırlar. Nə vaxta qədər??? Əziyyəti isə imtiyazlı xəstələr  çəkirlər!!!

Emil Faiqoğlu