İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi

İsrailin müdafiə naziri İsrael Katz Fələstinin radikal HƏMAS hərəkatını ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun irəli sürdüyü təklifdən imtina edəcəyi təqdirdə məhv edəcəyi ilə hədələyib.
Adalet.az xəbər verir ki, Katz bu barədə “X” hesabında paylaşım edib.
“HƏMAS qatillərinin iki seçimi var: ya girovların azad olunması ilə bağlı Uitkoffun irəli sürdüyü təklifi qəbul etmək, ya da məhv olmaq”, - israilli nazir qeyd edib.
Katz əlavə edib ki, İsrail ordusu Qəzzada bütün gücü ilə əməliyyatları davam etdirir, yerli əhalini döyüş bölgələrindən təxliyə etməklə yanaşı, İsrail hərbçilərinin təhlükəsizliyi üçün havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücum həyata keçirir.
Digər Xəbərlər

Nümayəndə heyəti İstanbula gedir - Zelenski TƏSDİQLƏDİ

Rusiya hərbi aerodromlarına PUA hücumu - 40 hərbi təyyarə vurulub - VİDEO

Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü

Rusiya Ukraynanın təlim bölməsinə zərbə endirib - 12 ölü, 60-dan çox yaralı var

Putin Paşinyanı təbrik etdi

Rusiyanın Bryansk vilayətinin qubernatoru: Qatarın hərəkəti zamanı körpü partladılıb

Rusiyada körpü partladılıb: ölən və yaralılar var
