İnternet üzərindən satılan dərmanlara nəzarət gücləndirilsin - TƏKLİF

"Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və bununla da süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılması və onların lazımi qaydada təlimatlandırılması, mürəkkəb və detallı sənədləşmə prosesinin sadələşdirilməsi, habelə tibb müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi zəruridir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman qeyd edib ki, internet səhifələrində və sosial şəbəkələrdə yayımlanan çoxsaylı tibbi əsaslandırılmamış məlumatların, internet platformalar üzərindən satılan və keyfiyyəti şübhə doğuran dərman preparatlarının insan sağlamlığına göstərə biləcəyi neqativ təsirləri nəzərə alaraq, bu sahəyə nəzarətin gücləndirilməsi, davamlı monitorinqlərin aparılması və problemlərin qanunvericilik səviyyəsində həlli də vacib məsələlərdəndir.
Digər Xəbərlər

Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığında - FOTOLAR

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləyəcək?

Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı

Azərbaycanda yeni hərbi nizamnamələr hazırlanır

Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
