adalet.az header logo
  • Bakı -°C
09 Iyun 2026 13:46
62
ŞOU-BİZNES
A- A+

İntiqam Kərimov: “Sənədlərim nazirin qarşısına çıxarılmadı”

İntiqam Kərimov bu   sənətdə ona mane olanlardan danışıb.

Adalet.az xəbər verir ki,o, istedadın bəzən insana mane olduğunu etiraf edib:

“Həmişə bu fikirdə olmuşam. Bir çox hallarda insanın istedadı və savadı onun düşməni olur.  Belə insanların düşməni olduqca çox olur.  Mən bunu həmişə görmüşəm. İlk dəfə 1985-ci ildə indiki Heydər Əliyev sarayında konsert verəndən sonra bəzi  “qüvvələr” dedilər ki, İntiqamı səhnəyə buraxmayın. O, çox seçilir. İllər sonra Yalçın Rzazadə ölümündən iki ay əvvəl bunu etiraf etdi. Məndən halallıq istədi ki, məni bağışla sənin haqqın da çox danışdılar, qarşını çox kəsdilər, amma mən susdum.Düz beş dəfə fəxri ad üçün sənədlərim nazirliyə göndərilib. Ancaq həmin sənədlər nazirin  qarşısına çıxarılmadı. Bunu da illərlə mənə mane olanlar elədi. 
Yaşı məndən çox- çox az, istedadı məndən də aşağı olan hər kəsin bu gün fəxri adı var. Mən heç kəsə paxıllıq etmirəm. Mənə qarşı olan haqsızlığa reaksiya verirəm. Bu mənim haqqımdır”.


Əntiqə