İqtisadi zərbə: Bu ölkələrin aviaşirkətləri Rusiyaya reysləri dondurdu
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynaya məxsus 56 ədəd PUA vurub.
Adalet.az xəbər verir ki, Ukrayna dronlarının hücumunun qarşısını almaq məqsədilə Rusiyanın bir çox şəhərləri risqli bölgə olduğu üçün bir sıra aviaşirkətlər həmin ərazilərə aviareysləri dayandırıb. Beləki, BƏƏ məxsus “Flydubai” aviaşirkəti yanvarın 2 və 3-dək Dubaydan Mineralnıye Vodı və Soçiyə reysləri təxirə salıb.
Bundan əvvəl isə - 26 dekabrda İsrail Teleqram kanalları məlumat yaydı ki, İsrailin “El-Al” aviaşirkəti Moskvaya bütün reysləri ləğv edib. Bildirilib ki, buna səbəb Rusiyanın hava məkanında AZAL-a məxsus təyyarənin Rusiya HHM sistemləri vasitəsilə vurulmasıdır.
27 dekabrda isə Qazaxıstanın “Qazaq Air” aviaşirkəti elan etdi ki, təhlükəsizlik məqsədilə Astana - Yekaterinburq marşrutu üzrə uçuşları dayandırıb.
Amma Ermənistan aviaşirkətlərinin nümayəndələri bildiriblər ki, Rusiyaya uçuşların qrafikində heç bir dəyişiklik yoxdur.Yəni, Ermənistan aviaşirkətləri Rusiyaya mülki reyslərini ləğv etməyi planlaşdırmır.
Xatırladırıq ki, AZAL yarana biləcək riskləri nəzərə alaraq Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod və Vladiqafqaza uçuşları təxirə salıb.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Yanvar 2026 16:18
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
07 Yanvar 2026 15:25
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası nə vaxt keçiriləcək?
07 Yanvar 2026 13:47
“Qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyyirmi beşlikdə qərarlaşıb...”
07 Yanvar 2026 11:10
“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”
07 Yanvar 2026 11:03
“Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək...”
07 Yanvar 2026 10:13
Azərbaycan nefti ucuzlaşdı
06 Yanvar 2026 19:54
Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı
06 Yanvar 2026 15:16


Bakı -°C

