adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Noyabr 2022 18:19
450
İDMAN

İran - ABŞ oyunun "günahkarı" istefa verdi - Karluş Keyroş

Xəbər verdiyimiz kimi, ötən gün Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması oldu. Amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.
Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.


ABŞ-ın bu qələbəsindən sonra İran futbolunda maraqlı olay olub.


Adalet.az xəbər verir ki, futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib.
O, bu barədə qərarını şəxsi İnstaqram səhifəsində açıqlayıb.

Qeyd edək ki, fars seqmentinin sosial şəbəkə hesabındapaylaşımlarda bildirilir ki, İranda analoqu olmayan hadisə baş verib. Beləki, gecə saatlarında Qətərdə keçirilən Dünya Çempionatında ABŞ yığmasının İranı məğlub etməsinə sevinən İran xalqı bütün şəhərlərdə küçələrə axışıb.
Məlumatlarda deyilir ki, hətta bəzi şəhərlərdə atəşfəşanlıq keçirilib, xalq nümayəndələri bir-birini təbrik edib. İnsanlar həmçinin, "Diktatora ölüm", Xameneiyə ölüm" və "Azadlıq" şüarlar səsləndirən xalq öz futbol klubunun uduzmasını bayram edib.Baş məşqçi bu biabırçılığa dözməyib, vəzifəsindən istefa verib 

Əntiqə Rəşid