İran İslam Şurası Məclisinin deputatı: Azərbaycanla əlaqələrin genişləndirilməsi üçün...
Milli Məclis sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin deputatı Məhəmməd Cavad Əsgərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Adalet.az xəbər verir ki, vitse-spiker Ziyafət Əsgərov qonaqları salamlayaraq Azərbaycanla İran arasında dostluq əlaqələrinin inkişaf etdiyini söyləyib. O, cari ilin sentyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini, VII çağırış Milli Məclisin formalaşdığını, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığı bildirib. Ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etdiyini deyib.
Milli Məclis sədrinin müavini hazırda Azərbaycanın ev sahibliyi ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşünün işə başladığını və İran parlament nümayəndə heyətinin bu mühüm tədbirdə iştirak etdiyini məmnunluqla qeyd edib. O, toplantıda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verildiyini, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrdən bəhs edib.
İran İslam Şurası Məclisinin nümayəndə heyətinin rəhbəri Məhəmməd Cavad Əsgəri səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu qeyd edib, münasibətlərimizin möhkəmlənməsində parlamentlərin rolundan danışıb.
Məhəmməd Cavad Əsgəri Azərbaycanda keçirilən COP29-un və COP29 çərçivəsində Parlament Görüşünün yüksək səviyyədə təşkil olunduğuna görə təbriklərini çatdırıb. Ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətini vurğulayıb. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
03 Dekabr 2025 19:51
Azərbaycan və Özbəkistan FHN-ləri arasında birgə fəaliyyət planı imzalandı - VİDEO
03 Dekabr 2025 19:06
İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
03 Dekabr 2025 17:39
Prezident bu qanunu təsdiqlədi
02 Dekabr 2025 17:45
XİN-in kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib
02 Dekabr 2025 17:08
XİN-də "Diplomatiya Könüllüləri" qrupu ilə ilkin tanışlıq görüşü keçirilib
02 Dekabr 2025 16:10
"İslam Həmrəyliyi Oyunları İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa dəstək verir”
02 Dekabr 2025 16:00
2026-cı ilin dövlət büdcəsi ikinci oxunuşda təsdiqləndi
02 Dekabr 2025 12:44


Bakı -°C

