İran Prezidenti Zakir Həsənov ilə görüşdü
Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, İran Prezidenti Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb.
Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 17:28
Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək
08 Sentyabr 2026 17:17
Baş nazir Lyu Haysinlə görüşdü
08 Sentyabr 2026 15:19
Trampın son paylaşımı nə deməkdir?
08 Sentyabr 2026 14:10
“Avropada bir kabus dolaşmaqdadır, alman faşizmi”
08 Sentyabr 2026 12:07
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
08 Sentyabr 2026 10:52
XİN Şimali Makedoniya və Andorranı təbrik edib
08 Sentyabr 2026 10:49
Azərbaycanın müstəqil xarici siyasəti regional mövqeyini gücləndirir
08 Sentyabr 2026 10:38


Bakı -°C

