İran Rusiyaya PUA verib? -ABŞ iddia edir, İran təkzib verir
jpg-1664264017.jpg)
Xəbər verdiyimiz kimi, uzun müddətdir, yəni iyul ayından bu günə kimi dünya mediası İranın Rusiyaya böyük dəstəyini müzakirə edir.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “böyük dəstəyin” olduğunu təsdiq etmişdi. Beləki , o İran hökuməti silahdaşıma qabiliyyəti olan yüzlərlə PUA-nı Rusiyaya göndərməyə hazırlaşdığını bəyan etdi.
Həmin vaxt ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays məsələ ilə bağlı İran İslam Respublikasına xəbərdarlıq etdi. Prays bildirdi ki, əgər İran Rusiyaya pilotsuz uçuş aparatlarını verərsə, buna görə mütləq İran haqqında tədbirlər görüləcək: “İrandan Rusiyaya PUA gedərsə, ABŞ və müttəfiqləri İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
ABŞ rəsmisi daha sonra narahatlığını ifadə edərək deyib ki, İran tərəfindən Rusiyanın pilotsuz texnologiya ilə təmin olunması ilə bağlı narahatlığımızı artıq ifadə etmişik:” Biz vəziyyəti izləməyə davam edəcəyik”.
Həmin olaylardan 3 aykeçməsinə baxmayaraq Tehran bu mövzu ilə bağlı hələ indi açıqlama verməyə başlayıb.
Adalet.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiani məsələ ilə bağlı danışıb:O deyib ki, Tehran Ukraynadakı münaqişə tərəflərindən heç birini dəstəkləmir və həm Kiyevə, həm də Moskvaya silah göndərilməsini yanlış hesab edir:"Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləmiz var. Amma biz müharibənin davam etməsinə səbəb olacaq tərəflərdən heç birini dəstəkləmirik. İstər Ukraynada, istər Yəməndə, istərsə də Fələstində istənilən müharibənin qəti əleyhinəyik. Biz həmçinin Ukraynada sülh və atəşkəsə nail olmaq səylərində iştirak etmişik”.
Qeyd edək ki, İran “Şahid-129” zərbə və kəşfiyyat PUA-larının bir hissəsinin Xəzər dənizi vasitəsilə Rusiyaya göndərildiyi, diğər hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədinə çatdırıldığı iddia edilir.
P.S. Ya ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays, həmçinin dünya mediası, ya da İranın rəsmi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiani düz danışmır.
Əntiqə Rəşid
Digər Xəbərlər
28 Oktyabr 2025 17:38 Azərbaycan və Serbiya artilleriyaçılarının birgə təlimi - VİDEO
28 Oktyabr 2025 17:20 Rövşən Rzayev vətəndaşların problemini dinlədi
28 Oktyabr 2025 16:29 Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
28 Oktyabr 2025 16:09 Ağamalı ailəsindəki qalmaqalın səbəbi bilindi - Başqa oğlu da var imiş
28 Oktyabr 2025 15:55 İlham Əliyev məscidinin təməlini qoydu - FOTOLAR
28 Oktyabr 2025 15:54 Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - FOTOLAR
28 Oktyabr 2025 12:32 Mürsəl İbrahimov iclas keçirdi - Oktyabr çağırışının gedişatı müzakirə olundu
28 Oktyabr 2025 11:53 

Bakı -°C 






