İran XİN: Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək
Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq.
Adalet.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Naser Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran Bakı yeni səfir təyin etməyə hazırdır. Çünki fəaliyyətdə olan səfir Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.
Digər Xəbərlər
16 Sentyabr 2026 22:00
Asip Kayanın Naxçıvanda fəaliyyəti başa çatır
16 Sentyabr 2026 21:44
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
16 Sentyabr 2026 21:30
Müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil... - Səxavət Məmməd yazır
16 Sentyabr 2026 17:11
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşdü
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35


Bakı -°C

