adalet.az header logo
  • Bakı -°C
07 Aprel 2026 09:44
77
DÜNYA
A- A+

"İranı fəlakətə aparırsınız" - Pezeşkiandan SEPAH-a

İran hakimiyyətin ən yüksək səviyyəsində parçalanma görünməmiş dərəcədə dərinləşib, Prezident Məsud Pezeşkianla İnqilab Keşikçiləri (SEPAH) arasında davam edən münaqişə açıq qarşıdurma müstəvisinə keçib.

Adalet.az xəbər verir ki, bu barədə mənbələrə istinadla “Iran International” məlumat yayıb.

Prezident Administrasiyasına yaxın iki mənbənin dediyinə görə, aprelin 4-də Məsud Pezeşkianla İranın Ali rəhbəri Müctəba Xameneiyə yaxın fiqurlardan biri olan Hüseyn Taib arasında kəskin mübahisə baş verib. Görüşdə iştirak edənlər bunu “çox çətin və gərgin” kimi xarakterizə ediblər.

Məsud Pezeşkian görüşdə SEPAH-ın baş komandanı Əhməd Vəhidi və “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin fəaliyyətlərini “özbaşınalıq” adlandıraraq bildirib ki, onların siyasəti region ölkələrinə, xüsusilə də bu ölkələrin infrastrukturuna hücumların gücləndirilməsinə yönəlib: “Bu siyasət atəşkəs əldə etmək üçün bütün imkanları aradan qaldırır və İranı birbaşa böyük fəlakətə doğru aparır”.