İranın Atom Elektrik Stansiyasında qəza olub
İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsinin bir hissəsində naməlum hadisə baş verib.
Adalet.az-ın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.
B.Kamalvəndinin sözlərinə görə, hadisə nəticəsində kimsə xəsarət almayıb və ya nüvə çirklənməsi baş verməyib.
Kamalvəndi hadisə ilə əlaqədar araşdırmanın aparıldığını və əlavə məlumatın veriləcəyini deyib.
Təşkilat rəsmisi hadisənin partlayış və ya başqa bir olay olduğuna aydınlıq gətirməyib.
Nətənz nüvə obyekti uranın zənginləşdirilməsi üzrə obyektlərdən biridir və 90 metr qalınlığında betonlama ilə qorunur.
Digər Xəbərlər
28 Aprel 2024 17:32
Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu
28 Aprel 2024 15:03Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
28 Aprel 2024 12:51Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15