İranla sərhədimizdə PUA məhv edildi
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Adalet.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilmişdir.
Hadisə yerlərinə baxış zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülmüşdür.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
02 Noyabr 2026 11:54
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
02 Noyabr 2026 11:11
Ceyranbatan su anbarından meyit tapıldı
02 Noyabr 2026 10:41
İranla sərhəddə gərginlik - Sərhədçilərə atəş açıldı - FOTOLAR
02 Noyabr 2026 09:38
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
01 Noyabr 2026 20:00
Məşhur muzeydə üç nəfərin öldüyü qaya uçqunu - Anbaan görüntülər
01 Noyabr 2026 13:26
Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - VİDEO + YENİLƏNİB
30 Oktyabr 2026 23:12
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
30 Oktyabr 2026 19:46


Bakı -°C

