23 Avqust 2024 10:39
332
İQTİSADİYYAT

 İrəvanda Avrasiya İqtisadi Forumu keçiriləcək

Sentyabrın 30-dan oktyabrın 1-dək İrəvanda Avrasiya İqtisadi Forumu keçiriləcək.


Adalet.az xəbər verir ki, bunu Ermənistan mediası yayıb: "Konfrans Avrasiya İqtisadi İttifaqının on illik fəaliyyətinin yekunlarına, onun inkişaf perspektivlərinə və prioritetlərinə həsr olunacaq".

Dövlət strukturlarından mediaya verilən rəsmi məlumatda deyilib ki, konfransın məqsədi Avrasiya məkanında ticarət əlaqələrini yaxşılaşdırmaqdır:" Burada Aİİ ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olan iri, orta və kiçik biznes nümayəndələrinin, İttifaq ölkələrinin dövlət orqanlarının rəhbərlərinin, eləcə də üçüncü ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.
Məlumatda o da qeyd olunur ki, konfransın proqramına 30-dan çox tədbir, o cümlədən Aİİ hökumət başçılarının iştirakı ilə “Müasir reallıqlarda rəqəmsallaşma: dörd azadlığın təmin edilməsi imperativi” mövzusunda plenar sessiya daxildir".

Əntiqə Rəşid