24 Avqust 2024 10:50
173
İQTİSADİYYAT

Türkiyəyə rekord sayda turist gəldi – FOTO

2024-cü ilin ilk 7 ayında Türkiyəyə gələn turistlərin ümumi sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8,27% artaraq 28 milyon 978 min 471 nəfərə çatıb. \

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatda qeyd edilir.

Hesabatda qeyd edilir ki, 2024-cü ilin yanvar-iyun aylarında  4 milyon 492 min 105 nəfər xaricdə yaşayan türklər,33 milyon 470 min 576 nəfər isə əcnəbi turistlər Türkiyəyə səfər edib.

İlin ilk 7 ayında Türkiyəyə ən çox səfər edən ölkələr siyahısında 3 milyon 611 min 218 turist  ilə Rusiya Federasiyası birinci, Almaniya 3 milyon 502 min 628 turist ilə ikinci, İngiltərə üçüncü olub. 2 milyon 434 min 333 turist ilə  İran və Bolqarıstan dördüncü və beşinci yerləri bölüşdürüblər.

İyul ayında Türkiyəyə gələn xarici turistlərin  sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,60% artaraq 7 milyon 333 min 812 nəfərə çatıb. İyul ayında ən çox turist göndərən ölkələr siyahısında Almaniya 1 milyon 35 min 466 turist ilə birinci, ikinci və üçüncü yerdə isə Rusiya Federasiyası və İngiltərə qərarlaşıb.