23 Avqust 2024 11:01
344
İQTİSADİYYAT

Seysmik zonada ikinci təhlükə: Növbəti “Metsomor”u ABŞ tikəcək

Metsamor AES-lə bağlı verdiyimiz xəbərlərdə bildirmişdik ki, artıq Qafqazınən seysmik zonasında yerləşən Ermənistan Metsamor AES kimi dəhşətli təhlükədən sonra ikinci böyük təhlükənin təməlini atmaq ərəfəsindədir. 

 Beləki, Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə icazə verən sazişin mümkün bağlanması ilə bağlı sorğu göndərib və bunu açıq şəkildə təsdiqləyib.

Rəsmi İrəvan bildirib ki, Ermənistan nüvə enerjisindən çox asılıdır:” Hazırda Metsamor atom elektrik stansiyası ölkənin ümumi enerji tələbatının təxminən üçdə birini ödəyir. 1980-ci illərin əvvəllərində istifadəyə verilən zavodun istismar müddəti 2017-ci ildə başa çatsa da, modernləşdirmədən sonra istismar müddəti 19 il uzadılıb. Beynəlxalq Atom Enerjisi Agentliyi ötən il elan etmişdi ki, Ermənistan AES beynəlxalq təhlükəsizlik standartlarına cavab verir”.
Bu fikirlə özünə haqq qazandırmağa çalışan Ermənistan rəhbərliyi Qafqazı və qonşu xalqları necə böyük bir bəlanın içərisinə atdığının fərqində deyil. Əslində heç kim zəmanət verə bilməz ki, 1988-ci ildə 25 min adam öldürən Spitak zəlzələsi bir daha baş verməyəcək.
Yerli media bildirir ki, Metsamor AES-in fəaliyyəti həm yanacaq təchizatı, həm də texnoloji təkmilləşdirmələr baxımından tamamilə Rusiyanın dövlət nüvə enerjisi korporasiyası olan Rosatomdan asılıdır:” Ötən il Ermənistan hökuməti AES-in 2036-cı ilə qədər istismarı üçün Rosatom ilə 65 milyon dollarlıq modernləşdirmə və təmir müqaviləsi imzalayıb. Bundan sonra istismardan çıxarılmalı və dəyişdirilməlidir.
Avqustun əvvəlində hökumət Metsamor AES-ni əvəz edəcək yeni AES-in tikintisi üçün dövlət şirkəti yaratdı . Gözlənilir ki, yaxın iki il ərzində şirkət yeni AES-in hansı ölkənin texnologiyası və hansı gücdə tikiləcəyi ilə bağlı planını təqdim edəcək.
Ermənistan rəsmilərinin daha əvvəl bəyanatları var idi ki, Ermənistan Çin, Rusiya, Cənubi Koreya və ABŞ-dan AES-in dəyişdirilməsi variantlarını nəzərdən keçirmək niyyətindədir”.

Bu məsələ ilə əlaqədar olaraq İrəvan ABŞ-a iki ölkə arasında Amerika texnologiyasından istifadə etməklə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə icazə verən sazişin mümkün bağlanması ilə bağlı sorğu göndərib və bunu açıq şəkildə təsdiqləyib.
Ermənistan Dövlət Departamentinin sözçüsü ölkəsinin ABŞ-ın mülki nüvə texnologiyalarını ala biləcəyini təsdiqləyib.
Qeyd edək ki, ABŞ federal qanunlarına əsasən, ABŞ hökuməti mülki nüvə texnologiyasının digər ölkələrə ötürülməsi üçün lazımi şərtləri müəyyən edən Birləşmiş Ştatların Atom Enerjisi Agentliyi Aktının 123-cü Bölməsini imzalamalıdır . Dövlət Departamentinin 2022-ci il yeniləməsinə görə, ABŞ-ın 48 ölkə və ərazi ilə belə müqavilələri var.

Xatırladaq ki,ötən il Ermənistan hökuməti iyunun 1-də keçirdiyi iclasda “Ermənistan Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsi ilə Amerika Birləşmiş Ştatlarının Nüvə Tənzimləmə Komissiyası arasında texniki məlumat mübadiləsi və nüvə təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə” layihəni təsdiqləmişdi. Müqavilə 2023-cü il martın 14-də Vaşinqtonda imzalanıb.

Əntiqə Rəşid