İshaq Dar və Hakan Fidan müzakirə apardılar
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb və ABŞ ilə İran arasında bu gün imzalanması gözlənilən memorandum barədə fikir mübadiləsi aparıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yayılıb.
"Regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb və Birləşmiş Ştatlar ilə İran arasında anlaşmaya doğru ümidverici irəliləyiş alqışlanıb", - məlumatda bildirilib.
XİN başçıları bu müsbət irəliləyişlərin regionda davamlı sülh və sabitliyə zəmin yaradacağına ümid etdiklərini bildiriblər.
Hər iki tərəf gələcək proseslərlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, ABŞ ilə İran arasında razılaşmanın bu gün imzalanacağını Ağ Ev rəhbəri Donald Tramp da təsdiqləyib
Digər Xəbərlər
14 Iyun 2026 01:30
“Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək” - Ərdoğan
13 Iyun 2026 16:05
“Sənədin 24 saat ərzində yekunlaşdırılması gözlənilir” - Şahbaz Şərif
13 Iyun 2026 15:41
Xameneinin dəfn tarixi və yeri AÇIQLANDI
13 Iyun 2026 12:53
Hindistanda hərbi təyyarə qəzaya düşdü - VİDEO
13 Iyun 2026 09:53
“Tren de Araqua” lideri öldürüldü - Tramp açıqladı
13 Iyun 2026 09:08
Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
12 Iyun 2026 20:00
“Zərbələrin intensivliyini artıracağıq” - Putin
12 Iyun 2026 19:52


Bakı -°C

