İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə qətlə yetirilib

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Lənkəranda narkokuryer həbs edildi

"Daxilimdə bir səs mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin dəhşətli etirafları
