İsmayıllıda narkokuryerlərdən avtomat götürüldü - FOTOLAR
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbirlərlə Vüqar Məmmədov, Amil Boyatov, Zaur Şirinov və Səyyar Məmmədov saxlanılıb. Onlardan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, eləcə də narkotik vasitə olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılanlar maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar odlu silah və narkotikləri əvvəlcədən razılaşdıqları yerə çatdırmalı imişlər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43
Narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
17 Mart 2026 17:14


Bakı -°C

