22 May 2025 09:06
92
DÜNYA

İsrail səfirliyinin iki əməkdaşı öldürüldü -VİDEO

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnib

Adalet.az-ın məlumatına görə, bu barədə "CBS: News" məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail diplomatı və onun yoldaşı tədbirdən sonra paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib.

İnsident çərşənbə günü yerli vaxtla saat 21:15 radələrində baş verib.

Amerika prezidenti Donald Vaşinqtonda iki israilli diplomatın ölümü ilə nəticələnən atışmanı antisemitizm motivi adlandırıb.