Naxçıvanda kütləvi zəhərlənmə olub
Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddi nəfər yerləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva məlumat verib.
O bildirib ki, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: "Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb".
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli "fastfood" qidaların istehlakı olub.
Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən də açıqlama verilib. Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb.
“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, - o qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
19 May 2026 12:15
Bu ölkələrdə Ebola sürətlə yayılır - ÜST-ün baş direktorundan xəbərdarlıq
19 May 2026 10:20
Azərbaycanda içməli su necə yoxlanılır?
18 May 2026 09:29
Keyfiyyətli yuxunun sirri - Elmi nəticə
14 May 2026 10:08
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR: SN qaydaları izah edir
14 May 2026 10:05
Lisenziya pozuntularına görə kim cəzalanır - həkim, yoxsa klinika?
14 May 2026 09:58
Hantavirusa yoluxma necə baş verir? - Hande Harmancı DANIŞDI
13 May 2026 15:31
Daha bir kruiz gəmisində yoluxucu virus aşkarlandı - 1700 nəfər...
12 May 2026 15:26


Bakı -°C

