Yasda zəhərlənənlərin DURUMU
Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin vəziyyəti məlum olub.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"20 may tarixində saat 17 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda qeyd edilib.
Digər Xəbərlər
23 Iyun 2026 10:04
Elektron səhiyyədə inqilab: Tibbi məlumatlar vahid mühitdə toplanacaq
21 Iyun 2026 15:51
Hər gün istifadə etdiyimiz bu qida - İnsult riskini artırır
21 Iyun 2026 13:16
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
19 Iyun 2026 16:06


Bakı -°C

