İsrail tank əleyhinə yeni nəsil raketlərini təqdim edib -VİDEO

İsrailin “Rafael” müdafiə konserni “Spike” NLOS ailəsinin elektro-optik idarə olunan çoxfunksiyalı tank əleyhinə raketlərinin altıncı nəslini təqdim edib.
Bu barədə “The Times of Israel” məlumat verib.
İsrail ordusunda “Tamuz” adı altında istifadə edilən bu raketlər qapalı mövqelərdən atəş açmağa imkan verir.
Raket havadan buraxıldıqda uçuş məsafəsi 50 kilometrə qədər, yerüstü qurğudan atıldıqda isə 32 kilometr təşkil edir.
Altıncı nəsildə eyni vaxtda bir qurğudan dörd raket atmaq imkanı reallaşdırılıb.
“Bu, vurula bilən uzaqmənzilli hədəflərin diapazonunu xeyli artırır və bununla da, gözlənilməzlik elementini gücləndirir”, – deyə şirkətdən bildirilib.
Yeni nəsil “Spike” NLOS raketlərinin xüsusiyyətlərindən biri də idarəetmənin ötürülməsidir. Yəni raket bir sistemdən buraxıla, digər sistemdən idarə oluna bilər.
Həmçinin “Tamuz-6” raketləri artıq uçuşda olduğu zaman drondan və ya digər təyyarədən hədəf haqqında məlumatı ala bilir.
Digər Xəbərlər

Fidan: Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı vaxtı ilə dediklərini indi ABŞ deyir

Rusiyadan sülh sazişi üzrə danışıqların başa çatmasına MÜNASİBƏT

Türkiyənin ədliyyə nazirindən terrorçulara XƏBƏRDARLIQ
