İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı
Bu gün futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
Adalet.az xəbər verir ki, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.
Komandalar indiyədək Superliqa tarixində 136 dəfə üz-üzə gəlib. Bu matçların 53-də "sarı-lacivərdlilər", 38-də isə "sarı-qırmızılar" qalib gəlib. 45 görüş heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Qalatasaray” 32 xalla birinci, “Fənərbağça” isə 31 xalla ikinci pillədə qərarlaşıb.
Digər Xəbərlər
01 Dekabr 2025 09:18
"Real Madrid" xal itirdi - VİDEO
30 Noyabr 2025 16:29
"Sumqayıt" geridönüş edərək "Şamaxı"ya qalib gəldi
30 Noyabr 2025 13:39
DİN antiterror şəhidlərinin xatirəsinə həsr olunan çempionat keçirdi - VİDEO
28 Noyabr 2025 19:28


Bakı -°C

