ABŞ prezidenti Donald Tramp, bu ilin sonunadək Ukrayna müharibəsini bitirmək çəhdləri alınmaya bilər. Xəbər verildiyi kimi, bu genlərdə Ukraynanın nümayəndə heyyəti, ABŞ prezidentinin münaqişənin sülh yolu ilə həlli ilə bağlı 28 bəndlik təklifini müzakirə etmək üçün, ABŞ-ın dövlət katibi ilə danışıqlar aparıb.
Dövlət katibi Marko Rubio bəyan edib ki, ABŞ və Ukrayna arasında aoarılan danışıqlar səmərəli keçib, lakin, münaqişənin həlli ilə bağlı çox çalışmalar aparılmalıdır.
"Bu gün səmərəli sessiya apardıq, qarşıdakı aylarda hələ çox işlər görməliyik"- deyə ABŞ-ın dövlət katibi bildirib.
Trampın məsələni tezliklə bitirmək üçün tələsməyinə baxmayaraq, görünən odur ki, "bu xəmirdə hələ çox su aparacaq".
Əvvala, ABŞ prezidentinin "sülh planı" daha çox "Ukraynanın kapitulyasıya planına" uyğun gəlir və yalnız Donald Trampın rəhbərlik etdiyi administrasiyanın mənafelərinə xidmət edir. Dörd ilə yaxındır ağır itkilər bahasına torpaqlarının müdafiəsinə qalxan Kiyev hakimiyyəti, həm işğal llunmuş ərazilətinin itirilməsiylə və zorla təklif olunan alçaldıcı məğlubiyyətlə razılaşmağa məcbur edilir və əks halda Ağ Evin dəstəyindən məhrum ediləcəyi ilə təhdid edilir.
Trampın "sülh planı" həm NATO-nu, həm də Avropa dövlətlərini təşvişə salıb. Şimali Atlantika alyansını Ukraynanın məğlub olacağından çox, özlərinin gələcək taleyi maraqlandırır. Rusiya-Ukrayna müharibəsinin gedişatı göstərir ki, NATO Ukraynadan sonra, Putinin hərbi bloka üzv dövlətlərə mümkün hərbi hücumlarından müdafiə olmağa hazır deyil. Böyük Britaniya, Amaniya, Fransa və bir sıra ölkələrin liderləri ABŞ prezidentinə birgə məktubla müraciət ediblər.
Lakin, görünən odur ki, Tramp, hələ ki, daha çox Putinlə Alyaskadakı görüşündə əldə olunan razılaşmaya əməl etməkdə israrlılıq nümayiş etdirir.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenskinin yeni ildə istefa verəcəyi barədə xəbərlər yayılıb. Xəbərin nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma Zelenskinin artlq Qərbin oyunlarından bezdiyini yorğun üz cizgilərindən sezmək olar...


Bakı -°C
