adalet.az header logo
  • Bakı -°C
05 Sentyabr 2026 12:32
69
DÜNYA
A- A+

İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu

İstanbulun Bakırköy rayonunda hoteldə güclü yanğın olub.

Adalet.az  Türkiyə mətbuatına istindən xəbər verir ki, 6 mərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın sonradan qısa zamanda yuxarı mərtəbələrə yayılıb.

Hadisə yerinə gəlmiş xilasedicilər yuxarı mərtəbələrdə qalmış 7 nəfəri təxliyə edib.

Yanğın nəticəsində xəsarət almış 12 nəfər xəstəxanalara yerləşdirilib.

Təxminən 1 saat davam edən yanğın söndürülüb.