adalet.az header logo
  • Bakı -°C
04 Sentyabr 2026 18:55
69
DÜNYA
A- A+

TRIPP-in inşasına bu tarixdə başlanacaq

TRIPP (Tramp Marşrutu) layihəsinin təməl daşı 2027-ci ilin əvvəlində qoyula bilər.

Adalet.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan "Semafor"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, layihə irəliləyir və bu ilin sonuna qədər texniki-iqtisadi əsaslandırmanın tamamlanması planlaşdırılır.

Mkrtçyan qeyd edib ki, Ermənistan Rusiya və İranla əlaqələrini qoruyub saxlayaraq TRIPP tranzit və enerji dəhlizini inkişaf etdirmək niyyətindədir.