Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib.
“Əziz Murad!
Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.
Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.
Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik”, - deyə o paylaşımda qeyd edib.
Digər Xəbərlər
04 Sentyabr 2026 18:04
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
04 Sentyabr 2026 16:17
Bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
04 Sentyabr 2026 14:27
Metroya minənlərin sayı AZALDI
04 Sentyabr 2026 14:12
Birol Akgün TÜİB-də oldu - FOTOLAR
04 Sentyabr 2026 13:45
DYP Bakıda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib
04 Sentyabr 2026 12:10
“Bu prinsip yalnız səhiyyədə deyil, vətəndaşa xidmət göstərən digər sahələrdə də tətbiq oluna bilər”
04 Sentyabr 2026 09:47
Bakıda Şanlıurfanın zəngin tarixi və mədəni irsi təqdim olunacaq
03 Sentyabr 2026 15:29


Bakı -°C

