adalet.az header logo
  • Bakı -°C
22 Yanvar 2026 10:28
83
DÜNYA
A- A+

İsveç Şahzadəsi vəfat etdi

İsveç Kralı XVI Karl Qustavın bacısı Şahzadə Desire 87 yaşında vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə Kral Sarayının mətbuat xidməti məlumat yayıb.

O, ailəsinin əhatəsində, evində vəfat edib.

Şahzadə Desiree baron Niklas Silfverşildin (1934–2017) dul arvadı idi və Koberq qəsrində yaşayırdı. Şahzadədən üç övladı qalıb.