İsveçrə Avroviziya-2024-ün qalibi oldu - YENİLƏNİB
İsveçrə “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub.
Adalet.az xəbər verir ki, İsveçdəki Malmö Arenada keçirilən yarışda ölkə təmsilçisi Nemo "The code" mahnısını səsləndirib.
İsveçrə təmsilçisi 591 xal toplayıb.
Yarışmada Xorvatiya 547 xalla ikinci, Ukrayna isə 453 xalla üçüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib.
Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.
***
11 may, saat 23:37
İsveçdə 68-ci Avroviziya-2024 mahnı müsabiqəsinin finalı başlayıb.
Adalet.az xəbər verir ki, Malmö Arenada keçirilən müsabiqədə 26 ölkə yarışır.
Birincilik uğrunda bu ölkələr mübarizə aparır: Kipr, Litva, İrlandiya, Serbiya, Ukrayna, Xorvatiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Sloveniya, Yunanıstan, İsveçrə, Avstriya, Latviya, Gürcüstan, Estoniya, İsrail, Norveç, Niderland, Ermənistan, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və İsveç.
Digər Xəbərlər
09 Sentyabr 2026 10:21
Zaur Rzayev xəstəxanaya yerləşdirildi
09 Sentyabr 2026 07:04
“5 il ömrüm qalıb” - Brüs Kempbell
08 Sentyabr 2026 07:55
Bu ilin "Dünya gözəli" o seçildi
08 Sentyabr 2026 07:12
Aparıcı Elgiz efirə qayıtdı - İnsanları evləndirəcək
08 Sentyabr 2026 07:06
“Mənə bacı deməyin” – Bülent Ersoydan estetik əməliyyat açıqlaması
07 Sentyabr 2026 16:30
Seda Sayan 7 milyon manat qazanacaq
07 Sentyabr 2026 13:10
Rəqqasə Fatimə: “ … mənə qutab vermədiyin günü xatırla”
07 Sentyabr 2026 12:04


Bakı -°C

