Japarov: Vaşinqton bəyannaməsi Cənubi Qafqazda sabitliyin təmini istiqamətində mühüm addım idi

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində mühüm addım idi.
Adalet.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, TDT Təhlükəsizlik Şurasının toplantısı yaxın vaxtlarda Qırğızıstanda yüksək səviyyədə təşkil olundu:
"Türk dünyasının qarşılaşacağı hadisələrə dərhal reaksiya verəcəyi mexanizmlər üzərində çalışılır".
Qırğızıstan Prezidenti vurğulayıb ki, regional və qlobal təhlükəsizlik məsələsində Əfqanıstandakı vəziyyətə də xüsusi diqqət yetirilməlidir:
"Əfqanıstandakı məsələlərlə bağlı heç vaxt kənarda qalmamışıq, yaxın dövrdə də humanitar yardım göstərmişik. Eyni zamanda, Qəzzadakı vəziyyət də narahatlıq doğurur. Beynəlxalq hüququn tələblərinə uyğun şəkildə məsələnin həll olunacağına ümid edirik".
Digər Xəbərlər

Kremldən İlham Əliyevlə Putinin telefon danışığı ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda yeni medal təsis edilir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

Qurbanqulu Berdiməhəmmədov: TDT qardaş xalqların təşkilatıdır

Ersin Tatar: Azərbaycanın Zəfəri ədalətin, Böyük Türk dünyasının zəfəridir

Qəbələ bəyannaməsi imzalandı

"Qəbələdə ortaq irsimizin və güclü birliyin təntənəsini görürük"
