“Redaksiyalarda bir sıra ştatlarda fəaliyyət göstərənlər də Media Reyestrində qeydiyyata alınacaq”
“Readaksiyalarda jurnalist kimi əmək fəaliyyəti olmayan media işçiləri də media reyestrində jurnalist kimi qeydiyyata alınacaq”.
Adalet.az xəbər verir ki, bunu MEDİA Agentliyinin icracı direktoru Əhməd İsmayılov Mətbuat Şurasının toplantısında deyib.
O bildirib ki, bununla bağlı MEDİA Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib, məsələ həllini tapıb:
"Bu hal "Media haqqında" qanundakı problemdən yox, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsindən irəli gəlir. Çünki həmin reaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrində bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka krediti götürmək üçün hər hansısa bir banka müraciət edəndə, bank işçisi onun kim olduğunu bilmir və problem yaranır”.
“Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik. Nazir və onun komandası bizə yol göstərdi və problemi aradan qaldırdıq. Artıq redaktorlar, şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaq”, - Ə.İsmayılov vurğulayıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

