Jurnalistlər üçün yeni layihələr nəzərdə tutulur - MEDİA-nın rəhbəri AÇIQLADI
Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
"Medianın İnkişafı Agentliyi olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb.
Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətində layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub", - deyə o, əlavə edib.
Digər Xəbərlər
28 Mart 2026 13:04
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTOLAR
27 Mart 2026 17:30
"Azərbaycan-Türkiyə Birgə Media Platforması inkişaf etdiriləcək" - Əhməd İsmayılov
27 Mart 2026 10:33
MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib
17 Mart 2026 13:16


Bakı -°C

