Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
Kanadanın Toronto şəhərində Azərbaycanlı Kanadalılar Şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində Türk Dünyasının mədəni irsinin təbliği məqsədilə Qala gecə təşkil olunub.
Tədbir çərçivəsində Fondun himayəsində yaradılan və 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konserti keçirilib. Qrupun bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadədir.
Tədbirdə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin İcraiyyə Şurasının nümayəndələri Dmitriy Kirilov və Nigar Cabiyeva, Kanadanın ruhi sağlamlıq üzrə naziri və səhiyyə nazirinin müavini Ya'ara Saks, Kanada Parlamentinin üzvləri Françesko Sorbara və Əli Ehsassi çıxış edərək, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadıklarını vurğulayıblar. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Azərbaycanlı Kanadalılar Şəbəkəsinə Türk mədəniyyətinin Kanadada təbliğində göstərdikləri səylərə görə Təşəkkür bəlgəsi təqdim olunub.
“Yeddi Gözəl” anlamblının ifasında Türk Dünyasının görkəmli bəstəkarlarının əsərləri və xalq mahnıları qonaqlara unudulmaz anlar yaşadıb.
Tədbirdə Kanadanın siyasi və mədəni dairələrin nümayəndələri, Kanada parlamentinin üzvləri, müxtəlif ölkələrin Kanadada fəaliyyət göstərən diplomatları, Azərbaycan və Türk cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.
Digər Xəbərlər
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

