30 Sentyabr 2024 10:35
100
DÜNYA

Kanslerin partiyası məğlub oldu

Avstryanın hazırki kansleri Karl Nexammerin rəhbərlik etdiyi Avstriya Xalq Partiyası 29 sentyabrda keçirilən parlament seçkilərində qalib gələ bilmədi. "Birinci yeri tuta bilmədik"- deyə Nexammer etiraf edib.

 "Təəsüf ki, biz qalib gələ bilmədik. Buna bağmayaraq bizlərdən heç kim buna görə özünü qınamasın"- deyə kansler tərəfdaşlarına müraciətində bildirib.

 Nexammer, məğlubiyyətə baxmayaraq AXP-nin lideri kimi qalacağına ümid edir və yeni hökumətin formalaşmasında Avstyanın Azadlıq Partiyasının sədri  Qerbert Kiklə əməkdaşlıq etməyəcəyini bəyan edib.

 Seçkilərdə birinci yeri tutmağa əsas namizəd Avstriya Azadlıq Partiyasınln baş katibi Kristian Xafeneker Nexammerə istefa verməyi məsləhət görüb. 

 "İnsan tarixi məğlubiyyətə düçar olursa, bircə çıxış yolu qalır"-deyə baş katib bəyan edib.

 Seçkilərin ilkin nəticələrinə görə, AAP-sı 29.1 faiz səslə liderdir. Hakim AXP-sı 26.3 faiz, Sisial Demokratlar Partiyası isə 20.9 faiz səs toplayıb.

 Rüstəm Hacıyev