Kaya Kallas: Ukraynanın mümkün qədər güclü olmasına çalışmalıyıq
Ukraynanın mümkün qədər güclü olmasına çalışmaq lazımdır.
Adalet.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin müdafiə nazirləri ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bugünkü toplantıda iki vacib məsələ müzakirə olunacaq:
"Birinci məsələ Ukraynanı necə daha çox dəstəkləmək, digəri isə öz müdafiə hazırlığımız və inkişaf etdirməli olduğumuz müdafiə qabiliyyətləri haqqındadır. Rusiya sülh istəmir, elə buna görə də Ukraynanı mümkün qədər güclü etməliyik ki, onlar bu çox çətin dövrdə özlərini müdafiə etməyə hazır olsunlar. Bu həftə diplomatiya üçün həlledici ola bilər. Dünən eşitdik ki, ABŞ-də danışıqlar çətin, lakin məhsuldar olub. Nəticələri hələ bilmirik. Bu gün Ukraynanın müdafiə və xarici işlər nazirləri ilə danışacağam".
ABŞ-nin Ukrayna üçün optimal həll variantı tapıb-tapmayacağına toxunan diplomat ukraynalıların orada tək olduqlarını vurğulayıb:
"Əgər onlar avropalılarla birlikdə olsaydılar, şübhəsiz ki, daha güclü olardılar. Ancaq mən ukraynalıların özlərini müdafiə edəcəklərinə inanıram".
Avropanın danışıqlar masasında Ukraynanın mövqeyini gücləndirmək üçün konkret addımlarına gəldikdə isə K.Kallas iki əsas məqama diqqət çəkib:
"İki şey edirik. Biri Rusiyaya əlavə sanksiyalar və təzminat krediti ilə təzyiq göstərməkdir. Onlar bundan çox qorxurlar. Digəri isə ukraynalılara Rusiya qarşısında daha çox davam gətirmələri üçün hərbi, maliyyə və humanitar dəstək verməkdir. Belçikanın risklər barədə legitim narahatlıqları var, lakin digər üzv dövlətlər bu riskləri bölüşməyə hazır olduqlarını bildiriblər. Ona görə də biz bu məsələləri müzakirə edirik. Deyildiyi kimi, biz dekabrda Şuranı (Aİ Şurası -red.) Ukraynaya maliyyə dəstəyi üçün nəticə əldə olunmadan tərk etməyəcəyik".
Digər Xəbərlər
01 Dekabr 2025 13:47
Görüşləri sabah olacaq
01 Dekabr 2025 12:01
Türkiyədə Nazirlər Kabineti Qara dənizlə bağlı toplanır
30 Noyabr 2025 14:32
Rusiya müəyyən şərtlərlə atəşkəsə razıdır - Hakan Fidan
30 Noyabr 2025 14:07
Bu ölkələr aclıq təhlükəsi ilə üz-üzədir
30 Noyabr 2025 13:58
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi dünyada ilkə imza atdı - VİDEO
29 Noyabr 2025 17:49
Tramp Baydenin prezidentliyi dövründən qalan avtomatik imzalı sənədləri ləğv etdi
29 Noyabr 2025 12:38
“Ukraynanı demokratiya adı altında təslimçi sülhə məcbur edirlər...”
29 Noyabr 2025 09:57


Bakı -°C

